Türk kinosunun əfsanəvi aktyoru vəfat etdi

Türk kinosunun əfsanəvi aktyoru Fikrət Hakan 83 yaşında vəfat edib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, F.Hakan ağciyər xərçəngindən müalicə aldığı İstanbul Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən açıqlamaya görə, bütün tibbi müdaxilələrə baxmayaraq, aktyoru xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Fikrət Hakan “Kaybolan yıllar”, “Kurşun yarası” kimi 163 film və seriallarda müxtəlif yaddaqalan obrazları canlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top