“Facebook” kənd salacaq

Dörd il öncə “Facebook” şirkəti özünün mənzil-qərargahını Menlo-Parka keçirib və artıq yeni məskənini genişləndirmək niyyətindədir.

İxbt.com saytının verdiyi məlumata görə, İT bazarının digər nəhənglərindən fərqli olaraq, “Facebook” heç kəsi yeni iri və qeyri-adi bina ilə təəccübləndirmək niyyətində deyil. Bunun əvəzinə şirkət “Willow Campus” adlanan kiçik şəhərciyə bənzər nəsə inşa etməyə hazırlaşır.

“Facebook” kompleks kənd yaratmaq arzusunun olduğunu söyləyir. Bu kəndə yaşayış evləri, ofis otaqları, nəqliyyat arteriyaları, meyvə mağazaları və müxtəlif lazımi infrastruktur daxil olacaq. “Facebook” bunun üçün təxminən 240 000 kvadrat metr ərazini əhatə etmək niyyətindədir. Şirkət orada 1500 yaşayış evi, 11 600 kv. m ticarət sahələri, 162 500 kv. m ofis sahəsi, meyvə mağazası, aptek, mehmanxana, ziyarətçilər üçün istirahət mərkəzi və sair obyektlər inşa edəcək.

“Facebook” cari ildə yeni kampusla bağlı öz planlarına dair hökumətlə danışıqlara başlayacaq. Şirkət inşaat işlərinə 2019-cu ildə start verəcək. Ticarət mərkəzlərinin, yaşayış binalarının, ofis obyektlərinin tikintisi nəzərdə tutulan birinci mərhələ 2021-ci ildə yekunlaşacaq. Qalan digər obyektlər növbəti iki ildə inşa edilməlidir.lent.az

DİGƏR XƏBƏRLƏR

Top