Bu il Azərbaycanda 18 üçəm anadan olub

2017-ci ilin ötən dövrü ərzində Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb. Azərbaycan Dövlət Statika Komitəsindən verilən məlumata görə, bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46996 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 52,8 faizi oğlan, 47,2 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 836-sı əkiz, 18-i üçəm doğulanlardır.

DİGƏR XƏBƏRLƏR

Top