Sığorta bazarında yığımlar azalıb, ödənişlər artıb

Azərbaycanda şəhər yerlərində kişilər daha çox ölür - RƏSMİ

"Avtomobillər kəskin bahalaşsa da yay aylarında yenidən ucuzlaşacaq"

Cümə axşamı, 27 aprel 2017
TR EN RU

Menu

Cümə axşamı, 27 aprel 2017

QƏRİBƏ DÜNYA

“Facebook”da 240 “bəyənmə” insanı tanımağa kifayət edir

19.12.2016 18:22

“Facebook” sosial şəbəkəsinin istifadəçisinin 240 “bəyənmə”sinin təhlili onun barədə öyrənməyə kifayət edir. “Yeniavaz.com”un məlumatına görə, bunu TASS-a Stenford Ali Biznes Məktəbinin Mütəşəkkil davranış kafedrasının dosenti Mixal Kozinski deyib. Onun sözlərinə görə, insanı onun iş həmkarları səviyyəsində anlamaq üçün 10 “bəyənmə”ni, onu ər və arvadı kimi yaxşı tanımaq üçün isə təqribən 230-240 “bəyənmə”ni təhlil etmək kifayətdir: “Dəqiqlik çox yüksəkdir. Məsələn, dərinin rəngini, cinsini, seksual orientasiyasını təqribən 90 faiz dəqiqliklə müəyyənləşdirmək mümkündür”. 34 yaşlı alim qeyd edib ki, insanın müxtəlif “rəqəmsal izləri”ni (“bəyənmə”lərdən tutmuş kredit kartı üzrə malların alınmasına və şəbəkədə musiqi dinləməsinədək) təhlil etsək, insan barədə demək olar hər şey öyrənmək mümkündür, üstəlik bunu onun xəbəri olmadan etmək olar: “Mənim metodum göstərir ki, insanın psixoloji özəlliklərini üzə çıxarmaq məqsədilə “rəqəmsal izlər”dən istifadə etmək olar”.

Oxundu: 255

© 2017 - NSPSOLUTIONS