Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ƏDƏBİYYAT

Anar yazıçı və şairləri Cocuq Mərcanlıya aparır

04.07.2017 17:02

Azərbaycan Yazıçılar Birliyinin Hərbi-Vətənpərlik Komissiyasının yeni tərkibi məsul olduğu istiqamət üzrə bir sıra layihələr həyata keçirmək, hərbi hissələrə yazıçıların mütəmadi səfərlərini təşkil etməyi qarşıya məqsəd qoyub.

Komissiyanın sədri, hərbi marşların bəstəkarı, şair Şahin Musaoğlu açıqlamasında həm bundan əvvəl, həm də bundan sonra görəcək işlər barəsində danışıb:

“Ölkə xaricində olduğum üçün özüm hərbi hissələrdə keçirilən son görüşlərə gedə bilmədim. Amma bizim komissiyanın üzvlərinin hamısı bu işdə aktiv iştirak etdilər. Bir sıra regionlardakı hərbi hissələrə səfər etdilər. Əslində, son kitabımızı da bu səfərlər üçün hazırlamışdıq ki, Müdafiə Nazirliyinə təqdim edək. Biz kitabları hərbi hissələrə təqdim etməzdən əvvəl nazirliyə göndəririk ki, rəy alaq. Onlar rəy verirlər ki, hansı kitab orduya verilə bilər, hansı yox.

Ötən dəfə AYB rəhbərliyi ilə Müdafiə Nazirliyinin generaliteti arasında aprel hadisələrinin ildönümü ilə bağlı görüş keçirildi. Tədbir “Azərbaycan ordusu” qəzetində də işıqlandırıldı. Biz görüşdən əvvəl Müdafiə Nazirliyinə 400-ə qədər kitab göndərdik. Onlardan 250-ni nazirlik qəbul etdi, qalanını bizə qaytardı. AYB xətti ilə yığılan həmin kitabları biz görüşdən öncə göndərdik ki, nazirliyin müvafiq komissiyası hansılarını hərbi hissələr üçün uyğun görərsə, onları saxlasın. Elə də oldu. 250 kitab seçib, qalanlarını geri qaytardılar.

Sonra biz həmin hərbi hissədə Anar müəllim, Nəriman Həsənzadə və Rauf Aslanovun iştirakı ilə görüş keçirdik. Seçilən kitablar foyedə əsgər və zabitlərə paylandı. Həmçinin, bəzi kitablar nazirliyin Zabitlər Evinin kitabxanasına hədiyyə edildi. General-mayor Rasim Əliyev, Anar müəllim, Nəriman Həsənzadə, mən çıxış etdik. Daha sonra görüş bədii proqramla davam etdi”.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma el-obalarına qayıtdılar. Bəs, aidiyyatlı komissiya Cocuq Mərcanlıya səfər edib orada görüşlər keçirmək fikrindədirlərmi? Şahin Musaoğlunun suala cavabı müsbət oldu:

“Bu məsələ elə Anar müəllimin özü tərəfindən qaldırılıb. Həmin o görüşdə Rasim müəllimə də Anar müəllim dedi ki, bizim Cocuq Mərcanlıya getmək planımız var. Hava şəraiti uyğun olan kimi, yaxın günlərdə Anar müəllimin təşəbbüsü ilə Cocuq Mərcanıya gedəcəyik. Mən də Hərbi vətənpərvərlik komissiyasının sədri kimi görüşdə iştirak edəcəyəm”.modern.az

Oxundu 271

© 2017 - NSPSOLUTIONS