ANS-in aparıcısı siyasi sığınacaq aldı - “Mənən intihar etdim”

Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

ƏDƏBİYYAT

Rus ədəbiyyatının məşhur simaları

30.06.2017 15:47

Ədəbiyyat haqqında danışıb bir nöqtəyə varmaq, çətin məsələdir. "Yeniavaz.com" bu dəfə rus ədəbiyyatının yazıçıları və şairləri haqqında yazını təqdim edir.

Fyodor Dostoyevski tarixdə ən çox öyrənilmiş (100) şəxsiyyət siyahısına daxil edilib. Bu yazıçının adı çəkiləndə ağlımıza ilk "Cinayət və Cəza" romanı gəlir. Lakin Dostoyevski rus ədəbiyyatına bundan başqa əsərləri ilə də öz töhvəsini vermişdir. Belə ki, "Karamazov qardaşları", "Ölü evdən qeydlər", "Yeniyetmə", "Qumarbaz", "Cinlər", "İdiot", "Alçaldılmışlar və təhqir olunmuşlar", "Bəyaz gecələr", "Oxşar" kimi roman və povestlərin adını çəkə bilərik.

Əgər rus ədəbiyyatından bəhs ediriksə, Tolstoy, Çexov, Turgenov, Lermantovun adını çəkməsək, olmaz. Tolstoy dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. "Anna Karenina", "Hərb və sülh" illərdir ki, insanları öz təsirində saxlayır. "Dirilmə" romanı da dilimizə tərcümə edilib. Yazıçının adı tarixdə ən çox öyrənilmiş (100) şəxsiyyətlər siyahısına daxil edilib.

"Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsaydı və təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi". Bu sözləri Tolstoy həmkarı Çexov haqqında deyib. Həmçinin yazıçı kiçik hekayələr müəllifi kimi də ədəbiyyat tarixində iz qoymuşdur. Çexovun "6 nömrəli palata", "İt gəzdirən qadın" kimi məşhur hekayələri də yazıçıdan oxuculura qalan ən böyük hədiyyədir.

Bəzən rus romantizminin üç nəhəngi kimi Tolstoy, Turgenev və Dostoyevskini göstərirlər. Turgenev də həmkarları qədər məşhur yazıçıdır. "Atalar və oğullar" romanı bəs edər ki, onun haqqında xoş fikirlər formalaşsın.

Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır. Şairin adı ən çox öyrənilmiş (100) şəxsiyyətlər siyahısına daxil edilib. "Qafqaz əsiri", "Qaraçılar" poemaları, "Yevgeni Onegin" mənzum romanı, "Balıqçı və balıq haqqında nağıl", "Ölü şahzadə və yeddi pəhləvan haqqında nağıl", "Qızıl xoruz haqqında nağıl" nağılların və şeirlər müəllifidir.

Görkəmli rus şairi, yazıçısı Lermantov "Zəmanəmizin qəhrəmanı" romanı və "Qaçqın", "Dəniz qulduru", "Ölüm mələyi" kimi poemaları ilə yaddaşlarda qalmışdır. Onu da qeyd edək ki, Lermontov Mirzə Fətəli Axundov ilə çox tez-tez ünsiyyətdə olurmuş. Mirzə Fətəli Axundov Lermontova Azərbaycan dilini öyrədib.

Anna Axmatova rus ədəbiyyatında öz dəst-xətti ilə seçilən yazarlardandır. Şairənin "Ağ qanadlı qatar" kitabı böyük tirajla satılıb. Bundan başqa "Axşam", "Bağayarpağı" kimi bir neçə şeirlər kitabı çap olunub.

Rus ədəbiyyatının görkəmli yazıçı və şairlərindən, Bulqakov, Şoloxov, Puşkin, Nabakov, Qonçarov, Vasilyev, Krılov kimi yazarların da adlarını çəkə bilərik.

Ruzbeh Məmməd

Oxundu 318

© 2017 - NSPSOLUTIONS