Şəkidə "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı davam edir

Şəkidə "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı öz işini davam etdirir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə bildirib ki, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim edilərək musiqisevərlərə xoş bayram ovqatı bəxş olunur. Onun sözlərinə görə, tədbir çərçivəsində Şəkinin tarixi məkanlarında, memarlıq abidələrinin önündə konsertlərin keçirilir. Qeyd edib ki, festival Şəkinin tarixi, memarlığı, sənətkarlığı və folklorunun geniş şəkildə təbliğinə imkan verəcək.

Məlumata görə, festivala qardaş Türkiyədən və İrandan, həmçinin Yaponiyadan, Polşadan, Macarıstandan və Gürcüstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirirlər.

Qeyd edək ki, festival iyulun 1-də başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top