Dubay aeroportunda yoxlamadan smartfon vasitəsilə keçmək mümkün olacaq

BƏƏ-nin Dubay Beynəlxalq Hava Limanı sərnişinlərin pasport nəzarətində və digər yoxlama məntəqələrində keçid prosesini sürətləndirəcək iki innovativ texnologiyanı işə salır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunlardan biri smartfonun köməkliyi ilə üzün tanınması, digər isə “biometrik tunellər”dir. Hər iki texnologiya bu gündən etibarən həyata keçiriləcək və yaxın 12-18 ay ərzində tətbiq olunacaq.

Böyük Britaniyanın “ObjectTech” startapı ilə birlikdə aeroportun üçüncü terminalında “biometrik tunellər” qurulacaq. Onlar baqajlarını götürməyə gedən sərnişinlərin üzlərini skan edəcək. Bununla da LIDAR texnologiyası sayəsində dünyada ilk dəfə olaraq “maneəsiz sərhəd” tətbiq ediləcək. Bu isə o deməkdir ki, sərnişinlər təyyarədən endikdən sonra pasport nəzarətindən yan keçərək dərhal baqajın arxasınca gedəcəklər, onlara nəzarət isə yolda olarkən “rəqəmsallaşdırılmış” biometrik pasportlar vasitəsilə həyata keçiriləcək. Pasportlarda onların üzləri və barmaq izləri barədə məlumatlar yerləşdiriləcək.

İkinci yenilik BƏƏ vətəndaşlarına və rezidentlərinə yoxlamadan keçərkən pasport əvəzinə smartfonlardan istifadə etməyə imkan verəcək. Bu zaman telefona yüklənilən “Smart UAE Wallet” mobil tətbiqindən istifadə olunacaq. O, hər bir sərnişinin yoxlanılması üçün ayrılmış müddəti 9-12 saniyə azaldacaq. Bunun üçün sərnişinlər “ağıllı giriş” (“Smart Gates”) vasitəsilə yoxlamadan keçərkən smartfondan istifadə etməli və barmaq izini skan etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top