Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb

Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb. Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri Qum küçəsi ev 130-da qeydiyyatda olan 1985-ci il təvəllüdlü Şiriyev Vüqar Fərhad oğlunun evinə baxış keçirilib.

Baxış zamanı onun mənzilindən 1 kq-dan çox çəkidə olan heroin, 5,4 qr həşiş qətranı, ümumi çəkisi 540 qr olan tiryək və 1 ədəd 410 kalibri “Sayqa” markalı pnevmatik avtomat silah, bir ədəd sandıqça və həmin silaha aid 31 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı polis şöbəsində araşdırma aparılır. report

DİGƏR XƏBƏRLƏR

Top