Koroğlu metrostansiyası yaxınlığındakı parkda bıçaqlanma olub

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Metronun Koroğlu stansiyası yaxınlığında düşən mübahisə zamanı 1978-ci il təvəllüdlü Daşdəmirov Teymur Tahir oğlu boğaz və bədəninin müxtəlif nahiyələrindən bir neçə bıçaq xəsarəti alıb. O, təcili tibbi yardım xidmətinə məxsus avtomobil ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı hadisənin baş verdiyi əraziyə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır. report

DİGƏR XƏBƏRLƏR

Top