Maraqlı xobbi

Mingəçevirdə 55 yaşlı kişi maraqlı xobbisi ilə seçilir. Belə ki, o, müxtəlif dövrlərdə toxunan əl xalçalarını toplayır.

Əbdülhəsən Mirzəyev əvvəl nənə-babasından qalan yadigar xalçaları, daha sonra isə müxtəlif insanlar tərəfindən lazımsız bilib atanları alıb.

Yaşadığı mənzilin eyvanına salınan qədim xalçalar 55 yaşlı şəhər sakinini yorğunluqdan azad edir. O, rənglərin gözləri yormadığını deyir. Ədbülhəsən kişi qədim əşyaların tarixini müəyyən etmək üçün müxtəlif kitablarda əldə edib. Xalçalar müxtəlif ölçüdə, fərqli naxışlarla toxunub deyə müsahib bildirdi ki, yaşı 1 əsrdən artıq olan əşyalara marağı böyükdür. O, illərdir qoruyub saxladığı xalçalara avtomobil təklif edənlərin olduğunu da dedi: “Evə gələn dost-tanış bu xalçaları bizim ayağımızın altında görəndə məni qınıyırlar. Mən isə onlara deyirəm ki, bunlar mənim ağayımın altında mənə rahatlıq verirsə, nəvələrim onun üstündə gəzirsə mən bundan niyə həzz almayım. Ona görə də bu xalçaları məndən satın alanlara həmişə demişəm ki, mən nəinki bunları satmaq hətta gələcəkdə belə xalçaların sayını artıqmaq fikirindəyəm.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top