Türkiyə şirkətı Gürcüstanda iki külək elektrik stansiyası tikəcək

Türkiyənin "Calik Enerji" şirkəti Gürcüstanda ümumi gücü 170 MVt olan iki külək stansiyası tikməyi planlaşdırıb. "Yeniavaz.com"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın "Kartli" külək elektrik stansiyasının direktoru Tornike Kazaraşvili bildirib. Onun sözlərinə görə,50 MVt gücü olacaq stansiyanın biri Qori şəhərindən 15 kilometr məsafədə yerləşən Niqozidə, 120 MVt gücü olan ikinci külək elektrik stansiyası isə Şaçxere şəhərində inşa ediləcək: "Hər iki stansiyanın texniki-iqtisadi əsaslandırılması bu ayda başa çatacaq, sonra bu məsələ hökumət ilə razıaşdırılacaq. Yalnız bundan sonra stansiyanın inşasına başlanılacaq".

Mütəxəssislərin hesablamalarına görə, birinci stansiyanın inşasına təxminən 60-65 milyon dollar xərclənəcək. İkinci stansiyanın inşasının isə135-140 milyon dollara başa gəlməsi ehtimal edilir. Tornike Kazaraşvili: "Biz düşünürük ki, bu il 50 MVt gücündə olan birinci stansiyanın tikintisinə başlanaılacaq",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top