“Facebook” ilin sonunda öz çəkdiyi serialllarını göstərəcək

“Facebook” sosial şəbəkəsi öz seriallarını və televiziya verilişlərini çəkmək niyyətindədir. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, şirkətin nümayəndələri bu məqsədlə Hollivud agentləri ilə müzakirələr aparır. “Facebook” bu ilin sonunda seriallarını və teleşoularını şəbəkədə buraxmağa planlaşdırır. Şirkət hər bir seriyanın 3 milyon dollaradək başa gələcəyi yüksəkkeyfiyyətli serialların istehsalına başlamaq istəyir. Bundan başqa, “Facebook” hər bir seriyası 500 min – 1milyon dollar olacaq televizya verilişləri və 10 dəqiqəlik qısametrajlı videolar çəkmək barədə də düşünür. Yeni seriallar 13-34 yaşlı tamaşaçılar üçün nəzərdə tutulub. Seriallar siyasi mövzular, qeyri-normativ leksika və erotikadan uzaq olacaq.

DİGƏR XƏBƏRLƏR

Top