Baş nazir: "Hindistan tez bir zamanda ABŞ-a bənzər ölkəyə çevriləcək"

"Hindistan tez bir zamanda vətəndaşlar üçün yaşayış səviyyəsinə görə ABŞ-a bənzər ölkəyə çevriləcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Vaşınqtonda ölkəsinin diaspor nümayəndələri ilə görüşündə deyib.

"Sizin uğurlarınızın təməlində burada yaşayış üçün yaxşı imkanların olması amili durur. Sizin kimi 1 milyarddan çox hindli öz ölkəsində qalıb. Onlar da ABŞ-dakı kimi imkanlara sahib olacaqlar. Tezliklə Hindistan inkişaf edəcək", - deyə N.Modi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top