AŞPA sessiyasında Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyəti müzakirə ediləcək

Avropa Şurası Parlament Assambleyasını(AŞ PA) yay sessiyasında Gürcüstanın işğal olunmuş ərazilərində insan haqları sahəsində vəziyyət diqqət mərkəzində olacaq. "Yeniavaz.com"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan parlamenti mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Müzakirələr zamanı Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyada insan hüquqlarının vəziyyəti barədə məlumat veriləcə. Eyni zamanda işğalçı güclərin sərhədyanı əhaliyə qarşı təzyiqlərinin pislənilməsi gözlənilir".

Qeyd edək ki, AŞ PA-nın yay sessiyasında miqrantların inteqrasiya məsələləri, insan hüquqları sahəsində humanitar və siyasi addımlar, həmçinin Avropada terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq. Müzakirələrdə AŞ baş katibi Torbyörn Yaqland, AŞ insan hüquqları üzrə komissarı Yorqos Kaminis və digərlərinin iştirak edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top