Makron Rusiyanı təcavüzkar adlandırdı

Ukraynanın şərqində təcavüzkar Rusiyadır. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə ukraynalı həmkarı Petro Poroşenko ilə görüşdən sonra deyib. Onun sözlərinə görə, təcavüz Rusiya tərəfindən gəlir, yəni təzavüzkar Ukrayna deyil: “Biz, həmçinin qəbul edirik ki, Krımın ilhaqı qanunsuzdur, deməli biz hamımız bilirik ki, müharibəni kim başladıb və bu vəziyyəti kim yaradıb və hazırda hansı vəziyyətdəyik”. P. Poroşenko isə bəyan edib ki, Ukrayna hərbçiləri ötən gün Donbassda Rusiya vətəndaşlarını saxlayıb: “İndi Rusiyaya Donbasda nizamlı rus qoşunlarının olmaması barədə mövqe tutmaq daha çətin olacaq”. Ukrayna Prezidenti həmin vətəndaşların sənədlərini E. Makrona nümayiş etdirib.

DİGƏR XƏBƏRLƏR

Top