Yaponiya Gürcüstana yol tikintisi üçün kredit ayırıb

İyunun 27-da Zestafonidə Şərq-Qərb avtomagistralının inkişafına dair "East-West Highway Project Improvement" layihəsinin açılış mərasimi keçiriləcək. "Yeniavaz.com"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan nazirlər kabineti mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Açılış mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Yaponiya xarici işlər nazirinin müavini Motome Takisava , parlament, regional inkişaf və infrastruktur naziri Zurab Alavidze, Yaponiyanın Gürcüstandakı səfiri Toşio Kaitani, layihəni həyata keçirəcək şirkətlərin nümayəndələri və digər rəsmi qonaqların iştirak edəcəyi gözlənilir".

Qeyd edək ki, Şərq- Qərb avtomagistral yolunun tikintisi üçün Yaponiya hökuməti Beynəlxalq əməkdaşlıq agentliyi (JICA) vasitəsilə Gürcüstan hökumətinə 4,410,000,000 yen kredit ayırıb.

Ümumiyyətlə Yaponiya Gürcüstan hökuməti ilə birlikdə qrant layihələr, texniki əməkdaşlıq və kreditlər də daxil olmaqla, bir sıra layihələr həyata keçirir. Yaponiya bu günə kimi Gürcüstana 410 mln. ABŞ dolları yardım ayırıb.

DİGƏR XƏBƏRLƏR

Top