Bəhreyn Qətəri təcili regional müdaxilə ilə hədələdi

Qətər region ölkələri ilə razılaşmalara riayət etmək istəməsə, o, təcili regional müdaxilə ilə üzləşəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifə deyib. Onun sözlərinə görə, Qətər ya regiondakı mövcud sistemə, region ölkələri və dünya üzrə iri tərəfdaşı ilə müdafiə sahəsində ikitərəfli ümumi razılaşmalara riayət etməli, ya da onu təcili regional müdaxilə gözləyir. XİN rəhbəri qeyd edib ki, Doha qonşu ölkələrlə diplomatik münaqişə yaranandan sonra xarici hərbçiləri ölkəyə dəvət etməklə vəziyyətin hərbi yöndən kəskinləşməsinə əl atdı: “Qətərlə münaqişənin əsası siyasi müstəviyə və təhlükəsizliyə söykənir, onda hərbi tərkib, xarici ordular və zirehli texnikakalar olmayıb. Vəziyyətin hərbi yöndən kəskinləşməsinə görə məsuliyyəti Qətər daşıyır”.

DİGƏR XƏBƏRLƏR

Top