İsrail Ermənistana silah satmağa hazırdır

İsrail vaxtilə Ermənistana muəyyən hərbi avadanlıq almagı təklif etmisdi, lakin Irəvan imtina edib.

"Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərlə görüşündə Knessetin keçmiş deputatı Aleksandr Üinker bildirib.

Onun sözlərinə görə, İsrail dünyada hərbi avadanlıq, texnika tədarük edən ölkələrin ilk beşliyinə daxildir: "Biz bunu gizlətmirik. İsrailin haradasa silah satışından ildə 6 milyard dollar qazanır. Vaxtilə Ermənistana da müəyyən avadanlıq almaq təklif olunurdu. Amma o vaxt bu da Ermənistanın sabiq müdafiə naziri qiymətlərin baha olduğunu əsas gətirərək təklifimizdən imtina etdi. Ona görə də, necə deyərlər, top Ermənistan tərəfindədir. Buyurun, biz sizə silah satmağa hazırıq".

İsrail tərəfindən Azərbaycana silah satışına gəlincə, Knessetin keçmiş deputatı bildirib: "Sizin strateji tərəfdaşınız Rusiya, məncə, Azərbaycana daha çox silah satır".

DİGƏR XƏBƏRLƏR

Top