Ağdaşda iki avtomobil toqquşub, 1 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 13:00 radələrində rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb. Rayonun Qaraoğlan kənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Tural Xaləddin oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə qarşı tərəfdən gələn Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rəşidov Elşən Əlisahib oğlunun idarə etdiyi "Hyundai-Sonata" markalı minik avtomobili toqquşub.

Hadisə zamanı “VAZ 2107”nin sürücüsü Turan Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun sərnişinləri, Qaraoğlan kənd sakinləri - 2003-cü il təvəllüdlü Behdubov Elgün Əlövsət oğlu, 2001-ci il təvəllüdlü Məmmədov Elsevər Fəxrəddin oğlu, 1997-ci il təvəllüdlü Bayramov Şükür Zərdabi oğlu, 2000-ci il təvəllüdlü Bayramov Sübhan Əziz oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Valeh Veysəl oğlu, Qəbələ rayon sakini, 1978-ci il təvəllüdlü Rəşidov Elşən Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Apa

DİGƏR XƏBƏRLƏR

Top