ABŞ-da həbsxanadan 32 il əvvəl qaçmış məhbus tutulub

ABŞ-ın Arkanzas ştatının hakimiyyət orqanları 32 il əvvəl qaçmış cinayətkarı tutmağa müvəffəq olduqlarını bildiriblər.

Bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, 60 yaşlı Stiven Dişman ştatın şimal-qərb hissəsində saxlanılıb. O, həbsxanadan 1985-ci ilin mayında, oğurluğa görə 7 illik cəza çəkərkən qaçıb. Qeyd edilir ki, onun cəzasının icrası 1984-cü ildə qüvvəyə minib.

Dişmanın hüquq-mühafizə orqanları tərəfindən necə saxlanılması, onun yerinin müəyyənləşdirilməsinin detalları açıqlanmır. Məhkum cəzasının çəkilməmiş hissəsini çəkəcək. Həmçinin onun qaçışına gözə cəzasının çoxaldılması məsələsi də həll ediləcək. Report

DİGƏR XƏBƏRLƏR

Top