Pakistanda “oyuncaq partlayıcı” partladılıb: 6 uşaq ölüb, 2-si yaralanıb

Pakistanın şimal-qərbində uşaq oyuncağını xatırladan partlayıcı maddənin partlaması nəticəsində azı altı uşaq həlak olub. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, partlayış uşaqların Əfqanıstanla sərhədin yaxınlığında yerləşən Cənubi Vəziristan rayonunun kəndlərinin birində oynayarkən baş verib. Həlak olanların hamısı oğlan uşağıdır. Onlar 6-12 yaş arasında olublar. Daha iki uşaq partlayış zamanı ciddi xəsarət alıb. Partlayıcı qurğunun mənşəyi məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top