Göyçayda kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib

Göyçayda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil edilib. Bu gün Göyçay rayonunda Cəyirli kənd ərazisində yerləşən Təzə Bazarda Ramazan bayramı münasibəti ilə Göyçay Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Yarmarkada fermerlər tərəfindən 50 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. Satışa çıxarılan ət, süd, yumurta, meyvə, tərəvəz, kartof, soğan, arıçılıq məhsulları və digər məhsullar bazar qiymətlərindən 25-35% aşağı təklif edilib. Süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan yarmarkada alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyətli olması nəzarətdə saxlanılıb. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və İcra Hakimiyyəti aparatının məsul işçiləri satış-yarmarkasına baş çəkib, satılan məhsulların keyfiyyəti, qiyməti ilə maraqlanıblar. Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək, təşkilatçılara öz dərin minnətdarlıqlarını bildiriblər. Ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi olaraq davam etdiriləcək.Apa

DİGƏR XƏBƏRLƏR

Top