Pakistan vətəndaşını Lökbatanda döydülər

Bakıda əcnəbiyə qarşı xuliqanlıq edilib. Pakistan vətəndaşı, 1994-cü il təvəllüdlü Ahmed Cunayed Ahmedali oğlu Qaradağ rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən kafedə tanışı tərəfindən döyülüb. 23 yaşlı pakistanlı bildirib ki, onu döyən şəxsin adı Bəxtiyar Yazquliyevdir. Xəsarətin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top