Almaniya Ərdoğanın mühafizəçilərinin ölkəyə girişini qadağan etdi

Almaniya hakimiyyəti “Böyük iyirmilik” sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ay əvvəl Vaşinqtonda etirazçılarla davada iştirak etmiş mühafizəçilərini görmək istəmir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Welt am Sonntag” qəzeti öz mənbələrinə istinadən məlumat verir. Söhbət Türkiyə Prezidentinin ABŞ-da həbsinə əmr verilmiş mühafizəçilərindən gedir. Hökumətin nümayəndələri Bundestaqda keçirilmiş bağlı yığıncaq zamanı bu barədə deputatları məlumatıandırıblar. Almaniya xüsusi xidmət orqanları ehtiyat edir ki, Hamburqda keçiriləcək G20 sammitində solçu və sağçı ekstremistlərin, Türkiyə diasporunun və kürdlərin iştirakı ilə R. T. Ərdoğanın tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verə bilər. Hakimiyyətin məlumatına görə, Almaniyada qadağan edilmiş PKK terror təşkilatının ölkədə təxminən 14 min tərəfdarı var, bunun təqribən 600-ü Hamburqda yaşayır.

Xatırladaq ki, mayın 16-da R. T. Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahı yaxınlığında PKK terror təşkilatının qolu olan YPG tərəfdarları ilə Türkiyə Prezidentin dəstəkləyənlər arasında toqquşmalar baş verib. Davaya R. T. Ərdoğanın mühafizəçiləri də qatılıblar. Toqquşma nəticəsində 10 nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top