"Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib

Bakıda keçirilən "Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib. 21 dövrəli yarışda Fransanın “Pertamina Arden” komandasının pilotu Norman Nato 40:37.601 göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Şarl Lekler (Monako, “Prema Racing”) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə finiş xəttini üçüncü sırada keçib. İyunun 24-də Bakıda "Formula-2" yarışının 29 dövrədən ibarət olan VII mərhələsi baş tutub. Yarışın qalibi “Prema Racing” komandasının pilotu Şarl Lekler olub (52:33.196).

DİGƏR XƏBƏRLƏR

Top