Yunan hakerlər yüzlərlə türk saytını dağıdıb

Yunanıstanın “Anonymous Greece” haker qrupu Türkiyənin 300-dən çox saytını dağıdıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, Yunanıstanın Baş naziri Aleksis Tsiprasın saytına edilmiş kiberhücuma cavab olub. Kibermüharibənin aparılmasına səbəb Yunanıstanın İstanbuldakı Müqəddəs Sofiya məbədində Quranın oxunması qarşı etirazları olub. Türkiyəli hakerlər Yunanıstanın Baş nazirinin saytını dağıdıblar, yunanlar buna cavab olaraq yüzlərlə türk saytını dağıtmaq vədi veriblər. Onlar əvvəlcə Türkiyənin iki telekanalının saytını və Rəcəb Tayyib Ərdoğan Universitetininin səhifəsini, ardınca isə onlarla saytı dağıdıblar və söz veriblər ki, iri internet səhifələrindən məlumatları sızdıracaqlar. Yunan hakerlər, həmçinin Türkiyə bankları və birjalarının işini iflic etməklə hədələyirlər.

DİGƏR XƏBƏRLƏR

Top