Türkiyədə yük maşını 12 yaşlı rus qızı vurub

Türkiyənin Antalya şəhərində yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Rusiyadan olan 12 yaşlı qız xəstəxanaya yerləşdirilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Antalyadakı Baş Konsulluğundan deyiblər. Konsulluqdan bildiriblər ki, hadisənin təfərrüatını öyrənmək üçün Türkiyənin təhlükəsizlik idarəsi ilə əlaqə saxlanılır. Qız uşağının vəziyyəti barədə dəqiq məlumat verilmir. Daha əvvəl verilmiş məlumata əsasən, Kəmər kurort şəhəri yaxınlığında rusiyalı turist piyada keçidi ilə yolu keçərkən yük maşının sürücüsü uşağı vurub. Qəza zamanı bir neçə metr sürüklənən qız başından ciddi xəsarətlər alıb.

DİGƏR XƏBƏRLƏR

Top