Balakəndə Mingəçevir şəhər sakini bıçaqlanıb

Balakəndə Mingəçevir şəhər sakini bıçaqlanıb. Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, iyunun 24-ü axşam saat 22:30 radələrində 1985-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Vüsal Nizami oğlu Rəhimov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. V. Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. V. Əliyev Balakəndə balıq alveri ilə məşğul olub. Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisə rayon ərazisində baş verib. V. Əliyev hələki istintaqa məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top