Suriyadan Türkiyəyə keçən 5 kamikadze saxlanılıb

Suriyadan Türkiyəyə keçən 5 intiharçı-terrorçu saxlanılıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyədə terror aktları törətməyi planlaşdıran kamikadzelər Hatay vilayətində ələ keçirilib. Onlar iyunun 23-də Türkiyə Milli Kəşfiyyat Təşkilatı və polisin müştərək əməliyyatı zamanı tutulub. Hatay vilayətinin mərkəzinə çatmadan saxlanılan terrorçuların ikisinin üzərində partladılmağa hazır vəziyyətdə olan intihar kəmərləri aşkar edilib. Tutulan terrorçulardan üçü Suriya, ikisi isə Türkiyə vətəndaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top