Saakaşvili: "Ukraynadakı korrupsiyaçı güclərə qarşı sona kimi mübarizə aparacağam"

"Ukraynada mənə qarşı mübarizə aparan korrupsiyaya uğrayan oliqarxlara hər hansı güzşətə getmək, onlar qarşısında geri şəkilmək niyyətində deyiləm". "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə "Rustavi 2" telekanalına müsahibəsində Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili deyib: "Korrupsiyaya uğrayan oliqarxlar Ukraynanı fəlakətə sürükləyirlər və onlara qarşı mübarizəmi həzm edə bilmirlər. Onlar hər yerdə əleyhimə təbliğat aparırlar. Dəfələrlə onlar məni hədəliyiblər, mənimlə dil də tapmağa çalışıblar. Ancaq mən onlar qarşısında geri çəkilmək fikrində deyiləm. Gürcüstanda olduğu kimi Ukraynadakı korrupsiyaçı güclərə qarşı da sona kimi mübarizə aparacağam. Vaxtı ilə onlara qarşı mübarizədə bəzi səhvlər buraxmışdım, ancaq indi ondan nəticə çıxarmışam. Çünki Ukraynada korrupsiyaçı oliqarxlara qarşı apardığım mübarizədə Gürcüstanın da taleyi həll olunur".

Saakaşvili perezident Pyotr Poroşenkonu Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze ilə müqayisə edib və onlar arasında oxşarlıq olduğunu vurğulayıb: "Ona görə də mən Gürcüstanda olduğu kimi Ukrayanda da rüşvətxor dövlət məmurları və oliqarxlarla necə mübarizə aparmağın yollarını bilirəm. Əminəm ki, bu münbarizədə mənə dəstək verənlərin sayı kifayət qədər çox olacaq".

DİGƏR XƏBƏRLƏR

Top