Terrorçuların Məkkədəki planları məlum olub

Ötən gün Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələrinin Məkkə və Ciddə şəhərlərində zərərsizləşdirdiyi terrorçulardan ibarət qrupun planları məlum olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, terrorçular Məkkədəki Məscidül Həramda möminlər arasında partlayış törətmək istəyiblər. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi (DİN) hazırlanan terror aktı barədə məlumatlı olub və şübhəliləri aylardır izləyib.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı DİN-in rəsmi nümayəndəsi Mansur ət-Turki bildirmişdi ki, ölkənin təhlükəsizlik qüvvələri terrorçuların üç obyektə hücumunun qarşısını alıblar: “Ciddədə 1, Məkkədə isə 2 hücumun qarşısı alınıb. Hücum olunacaq yerlərdən biri də Məscidül Həram olub”. DİN hesab edir ki, terror aktı planı xaricdə hazırlanıb. Əməliyyat zamanı beş nəfər saxlanılıb, onlardan biri qadındır. Onların hamısı Səudiyyə vətəndaşıdır. Hazırda terrorçular dindirilir. Daha bir silahlı isə əməliyyat zamanı evdə gizlənərək sonradan özünü partladıb, nəticədə bir neçə nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top