Gürüstan-Ermənistan biznes forumu keçiriləcək

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya və bir qrup gürcü iş adamı iyun ayının 29-da Yerevana səfər edəcək. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə, səfərdən məqsəd iki ölkə iş adamları arasında qarşılıqlı münasibətlərin qurulmasıdır. Səfər çərçivəsində Yerevanda Ermənistan-Gürcüstan biznes forumu keçiriləcək. Forumda hər iki ölkənin iqtisadiyyat nazirləri, o cümlədən iş adamlarının da iştirak etməsi nəzərdə tutulub. Bu çərçivədə də tərəflər arasında inşaat, səhiyyə, turizm sahələrinə qarşılıqlı sərmayələrin qoyulması, azad ticarət zonasının yaradılması məsələləri müzakirə ediləcək. Məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada Georgi Qaxariya deyib ki, Ermənistan gürcü iş adamlarına turizm, kənd təsərrüfatı, emal, toxuculuq sahələrinə güzəştli şərtlərlə sərmayə qoymağı təklif edir: "Gürcüstan iş adamları bu təklifləri dəyərləndirərək ona uyğun hərəkət edəcəklər. Bu məqsədlə gürcü iş adamları Ermənistana sərmayə qoymaq imkanlarını öyrənəcəklər. Eyni zamanda erməni işa adamları da Gürcüstanda müxtəlif sahələrə sərmayə qoymaqda maraqlıdırlar. Ona görə də Yerevandan sonra növbəti belə bir biznes forumun Gürcüstanda keçirilməsi nəzərdə tutulub".

DİGƏR XƏBƏRLƏR

Top