Azərbaycanda günəş enerjisi istehsalı azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən 17,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% azdır.

Hesabat dövründə küləklə işləyən stansiyaların istehsalı 6,3% azalaraq 7,4 mln. kVt/saat təşkil edib.

İlin 5 ayında ölkədə su və istilik elektrik stansiyalarının istehsalı artıb. Belə ki, yanvar-may ayları ərzində su elektrik stansiyaları elektrik enerjisi istehsalını 3,9% artıraraq 857,5 mln. kVt/saata, istilik elektrik stansiyaları isə istehsalını 3,4% artıraraq 8 313,9 mln.kVt/saata çatdırıb.

Qeyd edək ki, ilin 5 ayında ölkədə ümumilikdə elektrik enerjisi istehsalı 3% artaraq 9 591,1 mln. kVt/saat təşkil edib. Ümumi istehsalda əmtəəlik elektrik enerjisinin həcmi 3,4% artaraq 9 196,2 mln. kVt/saat olub.

DİGƏR XƏBƏRLƏR

Top