Putin: SSRİ dövründə qanunsuz kəşfiyyatla məşğul olmuşam

“Mənim SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsində (DTK) işim qanunsuz kəşfiyyat fəaliyyəti ilə bağlı olub”. “Yeniavaz.com”un “Vesti.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib: “SSRİ-nin xarici kəşfiyyat orqanlarında bütün işim sadəcə Xarici kəşfiyyat xidməti ilə bağlı olmayıb, məhz qanunsuz kəşfiyyat fəaliyyəti ilə əlaqədar olub”. V. Putin qeyd edib ki, qanunsuz kəşfiyyatı ilə məşğul olanlar xüsusu insanlardır, xüsusi keyfiyyətə və əqidəyə malikdirlər, həmin insanların xüsusi xarakter tərzi olur: “Hər kəs sürdüyü həyat tərzindən, yaxınlarından, doğmalarından imtina edib və ölkəni tərk edərək uzun illər ərzində həyatını Vətənə xidmət etməyə həsr edə bilməz. Bunu ancaq seçilmişlər edə bilər. Bunu heç bir mübağilə olmadan deyirəm. Bunlar unikal insanlardır”.

Xatırladaq ki, V. Putin 1985-1990-cı illərdə DTK-nın Birinci baş idarəsinin (xarici kəşfiyyat) xətti ilə keçmiş Almaniya Demokratik Respublikasının (ADR) Drezden şəhərində SSRİ-ADR yerli Dostluq evinin direktoru vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top