Misirli diplomat: Yaxında Türkiyəyə qarşı iqtisadi sanksiyalara şahid olacaqsınız

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə embarqonun tətbiq edilməsi üçün ikitərəfli danışıqlar aparır. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu misirli diplomat deyib. Səudiyyə Ərəbistanı mətbuatına müsahibə verən misirli diplomat bildirib ki, yaxın zamanda Qətərə dəstək verən Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq olunacağına şahidlik edəcəksiniz. O xatırladıb ki, əs-Sisi məsələ ilə bağlı sonuncu dəfə Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top