Tanınmış futbolçu karyerasını bitirib

“Real Madrid, “Liverpul” klubunun və İspaniya yığmasının sabiq futbolçusu Alvaro Arbeloa karyerasını bitirib.

Bunu 34 yaşlı müdafiəçi “Marca” nəşrinə müsahibəsində açıqlayıb.

Müxtəlif illərdə həmçinin “Deportivo” və “Vest Hem” klublarının formasını geyən A. Arbeloa İspaniya yığmasının heyətində bir dəfə Dünya (2010), iki dəfə Avropa çempionu (2008, 2012) adını qazanıb.

Madrid “Real”ının yetirməsi olan müdafiəçi klubu ilə birgə iki dəfə Çempionlar Liqası və İspaniya Kuboku, bir dəfə isə İspaniya çempionatının qalibi olub. Apa

DİGƏR XƏBƏRLƏR

Top