Pakistandakı silsilə partlayışlarda xeyli sayda insane həlak olub


Pakistanın şimal-qərbində bazarda iki partlayışın törədilməsi nəticəsində 25 nəfər həlak olub, 70-ə yaxın nəfər isə yaralanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışlar Parançar şəhərinin ticarət rayonunda baş verib. Sakinlər həmin vaxt yaxınlaşan Ramazan bayramı ilə əlaqədar alış-veriş ediblər. Bu gün, həmçinin Pakistanın Kvetta şəhərində partlayış törədilib. Belucistan vilayət polis rəisinin ofisi yaxınlığında baş vermiş partlayışda 11 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top