ABŞ Rusiya üçün “rəqəmsal bomba” hazırlayır

ABŞ-ın keçmiş Prezidenti Barak Obama 2016-cı ildə Rusiyanın infrastrukturunda kibersilahın yerləşməsini planlaşdırıbmış. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu silah bombanın rəqəmsal variantıdır. O, ABŞ-ın Rusiya ilə əlaqələrin kritik kəskinləşməsini aşkar etdiyi halda partıaya bilər. B. Obama vəzifəsini tərk edərkən həmin layihə hələ işlənib hazırlanırdı. Onun tətbiqini indiki Prezident təsdiq edə bilər. Zərərverici proqram Rusiyanın vacib infrstruktur şəbəkələrinə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin hazırladığı “implantlar”ın yeridilməsini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top