ABŞ-da hərbi aviabazaya marixuana keçirmək istəyən erməni həbs edilib

ABS-da erməni sürücü hərbi aviabazaya külli miqdarda marixuana keçirməyə cəhd göstərib. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-dakı KFOR telekanalı məlumat yayıb. Məlum olub ki, hərbi aviabazanın erməniəsilli sürücüsü 59 yaşlı Aşot Qriqoryan idarə etdiyi yük maşını ilə hərbçilərə marixuana aparmaq fikrinə düşüb. O bu məqsədlə 324 kiloqram marixuananı hərbi təyinatlı yük konteynerlərində gizlədib. Lakin yoxlama zamanı erməni sürücünün gizlətdiyi marixuananın yeri aşkar edilib. Aşot Qriqoryan polis əməkdaşları tərəfindən həbs edilib. Araşdırma zamanı məlum olub ki, Qriqoryan analoji cinayətə görə Missuri ştatında da həbs cəzasına məhkum edilib. O bu yaxınlarda şərti olaraq həbsdən azadlığa buraxılıbmış. ABŞ qanunlarına əsasən törətdiyi cinayətə görə, Aşot Qriqoryanı 6-8 il həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top