Bakı Metrosu Tarkana görə iş vaxtını dəyişdi

Bakıda keçirilən Formula-1 oyunlarının açılış mərasimi münasibətilə Bakı metropolitenin üç stansiyası gecə saat 2:00-a kimi işləyəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, tamaşaçıların rahatlığını təmin etmək məqsədilə 28 May, Sahil və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi, digər stansiyalar isə adi qrafiklə, yəni saat 00:00-dək işləyəcək.

Qeyd edək ki, bu gün məşhur türkiyəli müğənni Tarkan Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimində konsert verəcək.

oxu.az

DİGƏR XƏBƏRLƏR

Top