Londondakı dəhşətli yanğının səbəbi bilindi

Londonda onlarla britaniyalının ölümü ilə nəticələnmiş “Grenfell Tower” yaşayış

binasında baş vermiş yanğına səbəb “Hotpoint” firmasının istehsalı olan FF175BP model soyuducu olub. “Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Skotland-Yarddan deyiblər. Qərargahın nümayəndəsi Fiona Makkormek bildirib ki, yanğın qəsdən törədilməyib: “Bizə məlumdur ki, bu silsilədən olan soyuducular heç vaxt satışdan geri qaytarılmayıb. Hazırda istehsalçılar soyuducunun həmin modelinin ekspertizasını həyata keçirirlər”.

Xatırladaq ki, iyunun 14-da “Grenfell Tower” sosial yaşayış evinin 24-cü mərtəbəsində baş vermiş yanğında azı 30 nəfər həlak olub, daha 28 nəfər isə itkin düşmüş hesab olunur, çox güman ki, onların hamısı yanğın zamanı ölüb.

DİGƏR XƏBƏRLƏR

Top