Sui-qəsd nəticəsində ölən qələm adamları

Azərbaycanda şair və yazıçıların öldürülməsi daha çox ötən əsrin 30-cu illərinə təsadüf edir. O dövürdə ölkənin tanınmış şair və yazıçılarından bəziləri Stalin rejimi tərəfindən həbs olunmuş və ödürülmüşlər. Sonrakı illərdə şair və yazıçılara qarşı bu cür qəddarlıq nümayiş olunmasa da yenə də onların arasında qatil qurbanına çevrilənlər olub. "Yeniavaz.com" bildirir ki, Azərbaycan müstəqilik əldə etdikdən sonra da sui-qəsdə qurban gedən, öldürüləm qələm adamları olub. Eldar Baxış və Rafiq Tağı müstəqillik dövründə sui-qəsdə qurban gedən azərbaycanlı şair və yazıçılardan olublar.

Eldar Baxış - şair 1947-ci ildə Qubadlı rayonunda anadan olub. Azərbaycan Dövlət Unversitetinin (indiki Bakı Dövlət Unversiteti) Tarix fakültəsini bitirib, bir müddət Bakı kəndlərində müəllimlik edib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor, televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru vəzifələrində çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olub.

Eldar Baxış 1996-cı il mayın 22-də dünyasını dəyişib. Şairin ölümündə həkimlər bu qənaətə gəlib ki, şair zəhərlənib. Şair məşhur misraları sanki özünə yazıb.

bir şairi öldürdülər

bir ölkənin ortasında, -

ölkə bilmədi-bilmədi.

Rafiq Tağı şair- 1950-ci ildə Masallı rayonunda anadan olub. Şair ixtisasca həkim olub. Azərbaycan Tibb Unversitetinin müalicə-profilaktika fakültəsini bitirib. Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs olunub. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bıçaqlanmasının səbəbi kimi "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd edib. 2011-ci il noyabrın 23-də Bakıda 1 saylı xəstəxanada vəfat edib.

"İlahi, varsansa, çox şükür,

yoxsansa, eybi yox"-

məşhur misralarına və dinə qarşı yazdığı publisistik yazılara görə cəmiyyət ateist kimi tanıyıb. Şair isə müsahibələrinin birində belə deyib:

"Mən Allaha bütün ayətullahlardan daha yaxınam".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top