Rusiya suyun altından İŞİD-i vurdu

Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri “Kalibr” raketləri ilə Suriyada İŞİD terror qruplaşmasının obyektlərinə zərbə endirib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Zərbələri Aralıq dənizinin şərq hissəsində “Admiral Essen” və “Admiral Qriqoroviç” freqatları, habelə “Krasnodar” sualtı qayığı endirib. Bu zaman “Krasnodar” raket buraxılışlarını sualı vəziyyətdə həyata keçirib. Zərbələrin hədəfində terrorçuların Hama vilayətindəki idarəetmə məntəqələri və iri silah anbarları olub. Rusiya Hərbi Kosmik Qüvvələrinin bombardmançı təyyarələri yerdə qalan silahlıları hava zərbələri ilə məhv edib. Nazirlikdən bildiriblər ki, hücum barədə Türkiyə və İsrail komandanlığını vaxtında məlumatlandırıblar. Rusiya gəmiləri sonuncu dəfə “Kalibr” raketləri ilə terrorçuların mövqelərinə mayda hücum edib. Həmin vaxt zərbənin hədəfi Palmir ərazisindəki silahlılar olub. Qeyd edək ki, “Kalibr” raketləri 2600 kilometr məsafədən obyekti vurmaq gücünə malikdir və istənilən hava və raket hücumundan müdafiə sistemlərini aşa bilər. Onlar uçuş zamanı daim hündürlük və istiqaməti dəyişirlər, bu onların aşkar edilməsini çox mürəkkəb tapşırığa çevirir.

DİGƏR XƏBƏRLƏR

Top