Məhkəmə Messinin cəzasını dəyişdi

İspaniya məhkəməsi “Barselona” klubunun hücumçusu Lionel Messiyə verilmiş cəzanı dəyişib. “Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, argentinalı futbolçu 21 aylıq həbs cəzası əvəzinə 252 min avro məbləğində cərimə ödəməlidir. Məhkəmə, həmçinin L. Messinin atası Xorxe Messini 180 min avro həcmində cərimələyib. Xatırladaq ki, L.Messi və onun atası 2007, 2008 və 2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunub. Söhbət argentinalı futbolçunun öz imic haqlarından istifadəyə görə aldığı pullardan gedir.

DİGƏR XƏBƏRLƏR

Top