"Gürcüstan istəsə NATO-ya üzv olmasında problem olmayacaq"

NATO-ya üzvlük niyyətlərinin reallaşması Gürcüstanın özündən asılıdır. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın Starvision telekompaniyasının rus dilində gedən "Sərhəd zonası" verilişinə müsahibəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçyus deyib. Onun sözlərinə görə, hələ 2000-ci illərdə Litvaya NATO üzvü olmağa qarantiya vermirdilər və ölkəmizin bu quruma daxil olmasının mümkün olmadığını bəyan edirdilər: "Ancaq biz hələ 1994-cü ildə NATO-ya üzv olacağımızı qəti şəkildə bildirmişdik. Çünki ölkəmizin müstəqilliyini qoruyub saxlaya bilməsi, yenidən Rusiyanın işğalı altına düşməməsi məhz bu amildən asılı idi. Biz inadla NATO istiqamətində islahatları həyata keçirdik və fürsət düşən kimi bu quruma üzv olma imkanından istifadə etdik. Bu baxımdan Gürcüstanın NATO-ya üzv olmaq imkanları daha genişdir. Belə ki, NATO-nun Buxarest sammitində qəbul edilən bəyannamədə Gürcüstanun bu quruma üzvlüyünün mümkün olduğu vurğulanıb. Gürcüstan NATO çərçivəsində keçirilən bütün təduzv olacaqbirlərdə uğurla iştirak edir. Bu da Gürcüstanın NATO-ya üzv olma imkanlarını artırıb. Belə hesab edirəm ki, Gürcüstan bu məsələdə ardıcıl siyasət yeritsə və qətiyyətli addımlar atsa, onda onun NATO-ya üzv olmasında problem olmayacaq".

DİGƏR XƏBƏRLƏR

Top