Rusiya "Google"ı blokladı

“Google.ru” səhifəsi “Roskomnadzor” (Rusiya Federasiyasının Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti) tərəfindən qadağan edilən informasiya reyestrinə daxil edilib.

Bu barədə reyestrin saytında qeyd olunub. “Google.ru” 14 iyun 2017-ci ildən etibarən “qara siyahı”ya salınıb. Saytda bu barədə təşəbbüs göstərən orqan kimi Federal Vergi Xidməti göstərilib. Lakin sayta girişlə bağlı problemlər bu gündən başlayıb. Rusiyadakı bir çox operatorda “Google.ru” açılmır və istifadəçilər şikayətlənir.

“Roskomnadzor” və "Google" hələlik şərh verməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top