BMT Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırır

Birləşmiş Millətlər Təşkilatı Azərbaycan-Ermənistan münaqişə bölgəsində vəziyyətin gərginləşməsindən narahatdır. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibi Antonio Quterreşin bəyanatında deyilir: "Biz ATƏT Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfəri çərçivəsində verdikləri bəyanatla tanış olmuşuq. Həmsədrlərin bölgədə baş verən gərginlikdən narahat olması bizi də onlarla həmrəy olmağa səsləyir. Biz münaqişə bölgəsində hər iki tərəfdən insan itkisinin qarşısının alınmasına, atəşkəsin saxlanılmasına tərəfdarıq. Ona görə də münaqişədə olan tərəfləri gərginliyi aradan qaldırmağa çağırırıq. Bu müstəvidə də tərəflərin dərhal sülh danışıqlarını bərpa etməsini istəyir və bununla bağlı müvafiq addımların atılmasını məqsədəuyğun hesab edirik. BMT lazım gələcəyi təqdirdə tərəflər arasında sülh danışılqarının bərpa edilməsinə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir".

DİGƏR XƏBƏRLƏR

Top