“ASAN xidmət” 3 işləməyəcək

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3-4 gün qeyri-iş günü olacaq.

Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, Ramazan bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə iyunun 26, 27 və 28-də “ASAN xidmət” mərkəzlərində, iyunun 25, 26, 27, 28-də isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

İyunun 29-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər. Report

DİGƏR XƏBƏRLƏR

Top