Kanadalı snayper, terrorçunu öldürərək rekord müəyyənləşdirdi

Kanada xüsusi təyinatlı qüvvələrinin snayperi İraqda 3 450 metr aralıdan silahlını məhv etməklə yeni dünya rekordu müəyyənləşdirib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, kanadalı hərbçi “McMillan TAC-50” snayper tüfəngindən İŞİD terror qruplaşmasının silahlısına dəqiq atəş açıb. Atəş hündür binadan açılıb. İŞİD silahlısının ölümü kamera vasitəsilə qeydə alınıb.

Qeyd edək ki, əvvəlki dünya rekordu britaniyalı snayper Kreyq Harrisona məxsus olub. O, 2009-cu ildə 2,475 kilometrdən “Taliban” silahlısını məhv etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top